2026-cı ilin yanvar – sentyabr aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 201,7 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,1 faiz və ya 18,4 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 150,2 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,1 faiz və ya 22,0 milyon manat artıb.
Ödənilən vergilərin 74,4 faizi qeyri-dövlət sektorunun, 25,6 faizi isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar – sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 3,5 milyon manat olub.