“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 14 milyon tona yaxın yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
QSC-nin məlumatına görə, qeyd olunan dövrdə tranzit daşımaları 15 faiz artaraq 5,7 milyon tona çatıb. Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 20 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 26 faiz artım qeydə alınıb.
Bu ilin sentyabrında ümumi yükdaşıma həcmi 29 faiz, tranzit daşımalar isə 37 faiz artıb.