“C. Steinweg Group” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

2026.10.07 16:05 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.

Azərbaycanın əlverişli biznes və investisiya mühiti, xarici investorlar üçün yaradılmış imkanlar və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verilib.

Görüşdə kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanları, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələləri müzakirə olunub.

Orta Dəhliz üzrə birgə layihələr və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.