İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 6-da keçirilən hərracda 12 nəqliyyat vasitəsi satılıb.
Hərracda start qiyməti 10.000 manat olan “Kamaz” markalı yük avtomobili 33.000 manata, ilkin qiyməti 14.000 manat olan “Hyundai HB100” markalı ekskavator isə 28.000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 13, 20 və 27 oktyabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.