Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 34,2 milyon dollar dəyərində 15 min tondan çox pambıq ipliyi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 62,3 faiz, həcm baxımından isə 64,9 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18,8 faiz üstələyir.
Hesabat dövründə pambıq ipiliyi ixracının xüsusi çəkisi 1,34 faizə bərabər olub.