Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi artıb

2026.10.06 17:04 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 7,7 faiz artaraq 756,6 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çexiya ilə ticarətin payı 2,27 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi