Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

2026.10.06 11:24 (UTC+04:00)

Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonları sakinlərinin nəzərinə!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev 16 oktyabr 2026-cı il tarixində saat 11:00-dan etibarən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 97a) Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 06.10.2026-14.10.2026-cı il tarixlərində Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.