Udmurtiya iş adamlarına Azərbaycan bazarının imkanları təqdim ediləcək

2026.10.06 12:59 (UTC+04:00)

Oktyabrın 8-də Udmurtiya sahibkarlarının Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi ilə onlayn görüşü keçiriləcək.

Udmurtiya Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, tədbir aqrosənaye avadanlıqları, toxum, gübrə, tikinti materialları, metal məhsulları, məişət texnikası, elektronika, avtomobil ehtiyat hissələri, kabel məhsulları, nəqliyyatın idarə olunması üzrə İT sistemləri və xalq istehlakı malları istehsalçıları üçün nəzərdə tutulub. Gündəlik çərçivəsində Azərbaycan bazarının cari konyukturası və perspektivli sahələri, Rusiya məhsullarının təşviqi xüsusiyyətləri, logistika zəncirlərinin qurulması və qarşılıqlı hesablaşmaların aparılması məsələlərinin müzakirəsi planlaşdırılır.