Bu ilin yanvar-avqust aylarında ölkədə 389,5 min dekalitr üzüm şərabı istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,2 faiz çoxdur.
Sentyabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 608,9 min dekalitr təşkil edib.