Avropa İttifaqının nümayəndə heyəti ilə iqtisadi əməkdaşlıq müzakirə olunub

2026.10.02 16:39 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Aİ-yə üzv ölkələri və Aİ qurumlarını təmsil edən nümayəndə heyəti iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycan–Aİ iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarından bəhs edib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin nəqliyyat-logistika bağlantılarının təkmilləşdirilməsi, Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları müzakirə olunub. Azərbaycanın yaşıl enerji üzrə potensialı, bu sahədə tərəfdaşlığın genişləndirilməsi və həyata keçirilən layihələr diqqətə çatdırılıb.