2026-cı ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 35,8 faiz artaraq 15 363,4 milyon ABŞ dolları təşkil edib.
AMB-nin hesabatına əsasən, cari ilin avqust ayına nisbətdə valyuta ehtiyatlarında 0,4 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2025-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 514,9 milyon dollar təşkil edib.