Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, işçilərin sayı azaldıqda və ya ştat ixtisarı aparıldıqda, işəgötürən əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini əmək stajından asılı olaraq rəsmi qaydada xəbərdar etməlidir.
Xəbərdarlıq müddətləri aşağıdakı kimidir:
- 1 ilədək əmək stajı olduqda – azı 2 təqvim həftəsi
- 1 ildən 5 ilədək əmək stajı olduqda – azı 4 təqvim həftəsi
- 5 ildən 10 ilədək əmək stajı olduqda – azı 6 təqvim həftəsi
-10 ildən çox əmək stajı olduqda– azı 9 təqvim həftəsi