Bu ilin 8 ayında 28,3 milyon dollarlıq mis məmulatları ixrac edilib

2026.10.05 14:24 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 28,3 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,7 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18,8 faiz üstələyir.

Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,11 faizə bərabər olub.