Bakıda CAMCA Regional Forumu keçirilib

2026.10.01 11:54 (UTC+04:00)

"Bakıda keçirilən CAMCA Regional Forumunda iştirak etdik. Forumda Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı əhatə edən regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, regional bağlantı, enerji və rəqəmsal transformasiya məsələləri müzakirə olundu.

Azərbaycanın regionlararası əməkdaşlığın təşviqində, yeni tərəfdaşlıqların qurulmasında və birgə iqtisadi təşəbbüslərin reallaşdırılmasında fəal mövqeyini diqqətə çatdırdıq.

2014-cü ildən etibarən fəaliyyət göstərən CAMCA Regional Forumu yüksək səviyyəli dialoq və qarşılıqlı əlaqə üçün mühüm platforma kimi regional əməkdaşlığın möhkəmləndirilməsinə, qabaqcıl təcrübələrin bölüşdürülməsinə və ümumi çağırışlar ətrafında birgə yanaşmaların formalaşdırılmasına töhfə verir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib".