Azərbaycan “INNOPROM.Belarus” sərgisində iştirak edir

2026.10.01 15:21 (UTC+04:00)

Minsk şəhərində “INNOPROM.Belarus” beynəlxalq sənaye sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 8 şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur.

Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir.

Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafında danışıqlar aparılır.

Sərgi oktyabrın 2-dək davam edəcək.