Mingəçevir Sənaye Parkında 2300 yeni iş yerinin yaradılması nəzərdə tutulur

2026.09.30 17:03 (UTC+04:00)

Parkda “Textile Horizon” MMC tərəfindən 221 milyon manat investisiya dəyərində “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək.

Layihə çərçivəsində:

- 11,2 hektar ərazidə istehsal kompleksi yaradılacaq;

- 2300 yeni iş yeri açılacaq;

- əsas xammal kimi xam pambıqdan istifadə olunacaq;

- illik 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon ədəd köynək istehsal ediləcək;

- məhsulların həm daxili, həm də xarici bazarlara çıxarılması planlaşdırılır.

Layihədə ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Almaniya və Hindistanın texnologiyalarından istifadə olunması nəzərdə tutulur.

Qeyd edək ki, 26 sentyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.