Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən 1 oktyabr 2026-cı il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) emissiya etdiyi, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə son kupon ödənişi həyata keçiriləcək.
Mərkəzin məlumatına görə, son kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 610 manat təşkil edəcək.
Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazlar üzrə son kupon ödənişi ilə yanaşı, hər bir qiymətli kağızın 100 min manat məbləğində nominal dəyəri də ödəniləcək.