2026-cı ilin yanvar-avqust aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 760 milyard manatı, sayı isə 141,1 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünə nisbətdə aparılan əməliyyatların məbləği 47,4 faiz, sayı isə 39,7 faiz artıb.
Cari ilin ilk 8 ayında AZİPS vasitəsilə 1,570 milyon əməliyyat üzrə 719,05 milyard manat, XÖHKS vasitəsilə 66,098 milyon əməliyyat üzrə 34,304 milyard manat, AÖS ilə isə 73,451 milyon əməliyyat üzrə 6,701 milyard manat həcmində ödəniş həyata keçirilib.