Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 148,8 milyon dollar dəyərində 104,7 min ton pambıq lifi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 17,8 faiz, həcm baxımından isə 19,1 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18,8 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində pambıq lifi ixracının xüsusi çəkisi 5,83 faizə bərabər olub.