Sement klinkerlərinin istehsalında artım var

2026.09.29 13:33 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədə 2 671,3 min ton sement klinkerləri istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 6,7 faiz artıb.

2026-cı ilin sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 513,5 min ton təşkil edib.