Ukrayna ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

2026.09.29 10:03 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 10,5 faiz artaraq 362,5 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Ukrayna ilə ticarətin payı 1,1 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi