Bankların cəmi aktivləri 62,5 milyard manata çatır

2026.09.28 15:40 (UTC+04:00)

Bu ilin avqust ayının 31-nə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 62 475,9 milyon manat, cəmi öhdəlikləri 54 722,7 milyon manat, balans kapitalı 7 753,2 milyon manat olub.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, avqust ayında bankların cəmi aktivləri 2,5 faiz, cəmi öhdəlikləri 2,6 faiz, balans kapitalı isə 1,4 faiz artıb.

Cari ilin yanvar-avqust aylarında banklar 949,7 milyon manat xalis mənfəət, 1 487,7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari ilin ilk 8 ayında banklar tərəfindən ümumilikdə 245,8 milyon manat məbləğində mənfəət vergisi ödənilib.