Pedro Varqas David: "Azərbaycanın inkişaf üçün fundamental əsasları mövcuddur"

2026.09.28 10:24 (UTC+04:00)

Qlobal vəziyyətdən asılı olmayaraq, müəyyən ölkələr yüksək inkişaf göstəriciləri nümayiş etdirir. Azərbaycan da belə ölkələrdən biridir.

Bu sözləri “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O, xüsusilə iqtisadiyyatın fundamental göstəricilərinin və mövcud əsasların davamlı inkişaf baxımından əhəmiyyətini vurğulayıb.

“Bunun davam edəcəyinə inanıram, çünki Azərbaycanın inkişaf üçün fundamental əsasları mövcuddur”, - deyə o qeyd edib.

AZƏRTAC