“Silk Road Fund”un idarəedici direktoru ilə görüş keçirilib

2026.09.25 19:51 (UTC+04:00)

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.

Azərbaycanın investisiya potensialı, yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi, yeni investisiya təşəbbüslərinin reallaşdırılması və birgə layihələrin təşviqi istiqamətində mövcud imkanları nəzərdən keçiriblər.