Yunanıstanla ticarət dövriyyəsində müsbət dinamika qeydə alınıb

2026.09.24 18:33 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 31,9 faiz artaraq 631 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstanla ticarətin payı 1,9 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi