Alüminium məmulatlarının istehsalı artıb

2026.09.24 16:24 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədə 48 628,3 ton alüminium məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 51,8 faiz çoxdur.

Sentyabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 3 727,8 ton təşkil edib.