Hacıqabulda növbəti Aqrar Biznes Festivalı keçirilib

2026.09.24 14:41 (UTC+04:00)

Hacıqabul rayonunda növbəti Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirin əsas məqsədi aqrar sahədə tətbiq olunan yeniliklər, fermerlərin dövlət dəstək mexanizmləri, maliyyə alətləri və digər xidmətlər barədə məlumatlandırılması, həmçinin dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər və fermerlər arasında birbaşa əlaqələrin genişləndirilməsi olub. Festival çərçivəsində kənd təsərrüfatı məhsulları və texnikası, innovativ həllər, maliyyə və sığorta xidmətləri, eləcə də fermerlər üçün digər məhsul və aqrar xidmətlər təqdim olunub.

Festival çərçivəsində növbəti Toxum Sərgi-Satış yarmarkası keçirilib. Yarmarkada Şirvan-Salyan iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları, dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.