Yanvar-avqust aylarında sığorta bazarı 6,4 faiz böyüyüb

2026.09.24 12:43 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində ölkənin sığorta bazarı üzrə 1,115 milyard manat sığorta haqları yığılıb ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 6,4 faiz üstələyir.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk səkkiz ayına nisbətdə 28,1 faiz artaraq 773,1 milyon manat təşkil edib.