Birjalarda neft qiymətləri

2026.09.24 10:32 (UTC+04:00)

Dünya birjalarında neftin qiyməti azalıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,83 dollar azalaraq 102,25 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,71 dollar azalaraq 91,45 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir bareli 3,69 dollar və ya 3,13 faiz bahalaşaraq 121,43 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.