Böyük Britaniya ilə ticarət dövriyyəsində ciddi artım

2026.09.23 17:16 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 3,9 dəfə artaraq 3,685 milyard dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 11,08 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi