Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 183,7 milyon ABŞ dolları dəyərində 82,5 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,6 dəfə, həcm olaraq isə 6,2 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18,8 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 7,2 faizə bərabər olub.