Sement istehsalında artım var

2026.09.22 13:28 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədə 2 833,4 min ton sement istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 6,5 faiz artıb.

2026-cı ilin sentyabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 243,8 min ton təşkil edib.