2026-cı ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 faiz artaraq 10 551,4 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 7 938,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 027,3 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 120 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.