Azərbaycanda 27 bank internet, 23 bank isə mobil bankçılıq xidmətləri təqdim edir

2019.09.11 10:03 (UTC+04:00)

Hazırda ölkədə fəaliyyət göstərən 27 bank internet bankçılıq, 23 bank isə mobil bankçılıq xidmətləri təqdim edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

Qeyd olunub ki, avqustun 1-nə banklarda aparılmış cari hesablar üzərindən ödəniş əməliyyatlarının 34,3 faizi (27,3 milyard manat) elektron bankçılıq xidmətləri vasitəsilə həyata keçirilib.