Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər

2026.09.17 16:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin, eləcə də “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.