Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verilib.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, verilən lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,7 faiz artıb.
Cari ilin 8 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 4802 icazə reyestrdə qeydiyyata alınıb, verilən icazələr əsasında dövlət büdcəsinə 114,1 min manat vəsait daxil olub.