Bu ilin ilk 8 ayında pərakəndə elektron ticarət dövriyyəsi 6 faizədək artıb

2026.09.17 18:55 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 167,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 5,9 faiz çoxdur.

Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 44 256,1 milyon manat olub ki, onun da 0,38 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.