8 ayda 74,2 milyon dollarlıq qara metal ixrac edilib

2026.09.17 18:20 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədən 74,2 milyon dollar dəyərində 66,7 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,6 faiz, həcm olaraq isə 12,6 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,34 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,18 faizə bərabər olub.