2026-cı ilin yanvar-iyul ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən uyğunluğu qiymətləndirən 70 qurum akkreditasiya edilib.
Akkreditasiya aparılan qurumlar üzrə göstəricilər:
- Sınaq laboratoriyaları – 37
- İnspeksiya xidməti göstərən orqanlar – 20
- Sınaq (kalibrləmə) laboratoriyaları – 4
- İdarəetmə sisteminin sertifikatlaşdırılmasını aparan qurumlar – 4
- İşçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar – 4
- Malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar – 1
Uyğunluğun qiymətləndirilməsi sahəsində həyata keçirilən akkreditasiya prosesi istehlakçıların keyfiyyətli və təhlükəsiz mal və xidmətlərə çıxış imkanlarını artıran, eləcə də məhsul və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayan əsas keyfiyyət təminatı mexanizmlərindən biridir.