Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 5,226 milyard ABŞ dolları dəyərində xam neft və neft məhsulları ixrac olunub ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 8,8 faiz üstələyir.
Ümumilikdə cari ilin 8 ayında ölkədən 9 281,8 milyon dollar dəyərində xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac dəyərinin 56,3 faizi bu ölkənin payına düşüb.