“İsveçrəyə işgüzar səfərimiz çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelin ilə görüşdə Azərbaycan-İsveçrə münasibətlərinin gündəliyindəki məsələləri müzakirə etdik. Ölkələrimiz arasında möhkəm ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığını, tərəfdaşlığın qarşıdakı dövrdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladıq. Ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə yanaşı, humanitar əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini qeyd etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.
