Azərbaycan – İsveçrə iqtisadi tərəfdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb

2026.09.15 13:34 (UTC+04:00)

“İsveçrəyə işgüzar səfərimiz çərçivəsində İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri, Birgə Komissiyanın həmsədri Andrea Rauber Saxer ilə görüşdük. Azərbaycan – İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlərə dair fikir mübadiləsi apardıq. İki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni birgə təşəbbüslərin reallaşdırılmasının iqtisadi tərəfdaşlığımızı daha da möhkəmləndirəcəyini qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.