Tailandla ticarət dövriyyəsinin həcmi açıqlanıb

2026.09.15 10:45 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Tailandla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 21,3 faiz artaraq 138,2 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Tailandla ticarətin payı 0,47 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi