2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 365 829,9 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin hesabatına əsasən, sənaye məhsulunun 324 544,8 min manatı və ya 88,7 faizi malların, 41 285,1 min manatı və ya 11,3 faizi isə xidmətlərin payına düşüb.
Ümumi sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,1 faizi emal, 15 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.