Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

2026.09.14 15:16 (UTC+04:00)

2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 172 milyon 999 min 300 manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin hesabatına görə, əhalinin hər nəfərinə düşən ÜDM həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2480,6 manat təşkil edib.