Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Şamaxı şəhərində vətəndaşları qəbul edəcək

2026.09.14 10:40 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev 25 sentyabr 2026-cı il tarixində saat 11:00-dan etibarən Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Qazax şossesi, 118-ci km) Şamaxı, Ağsu və Qobustan rayonları sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 14.09.2026-23.09.2026-cı il tarixlərində Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Şamaxı, Ağsu və Qobustan Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.