Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib

2026.09.11 17:55 (UTC+04:00)

2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 30.749 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 45.098 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.3 faiz çoxdur.

Ümumi xidmətlərin 82 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Yanvar-avqust aylarında vergi ödəyicilərinə 844.490 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 81 görüş keçirilib, 464 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3.111 müraciət üzrə 5.310 Asan İmza sertifikatı verilib.