Bu ilin 7 ayında 161 milyon dollarlıq alüminium məmulatları ixrac edilib

2026.09.11 17:20 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 161 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,5 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən dəyəri 2,239 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20,3 faiz üstələyir. Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 7,19 faizə bərabər olub.