2026-cı ilin yanvar – avqust ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 364.669 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 601.524 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55% təşkil edib:
2026-cı ilin yanvar – avqust ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 18,8 min yazılı müraciət cavablandırılıb, onlara 18 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 3.534 vergi ödəyicisinin iştirakı ilə 255 görüş keçirilib, 4.438 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3,2 milyon SMS göndərilib.
Yanvar – avqust ayları ümumilikdə 195.434 müraciət üzrə 306.046 Asan İmza sertifikatı verilib.