2026-cı ilin yanvar-avqust aylarında ölkədə faktiki qiymətlərlə 10 057,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, istehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,1 faiz çoxalıb. Məhsulun 50 faizi bitkiçiliyin, 50 faizi heyvandarlığın payına düşür.